Bütün xəbərlər
İsrail Dəməşqə raket zərbəsi endirdi
Tarix: 17-12-2021 03:55 | Bölmə: Karusel

                 İsrail Dəməşqə raket zərbəsi endirdi



İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd F-16 qırıcısı Dəməşq hava limanı yaxınlığına səkkiz qanadlı raketlə zərbə endirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.
Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri "Pantsir-S" komplekslərindən İsrail aviasiyasının atdığı yeddi mərmini məhv edib.
“Hava hücumu nəticəsində maddi əmlak anbarına ziyan dəyib, bir nəfər həlak olub”, - deyə Kulit əlavə edib.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər