Bütün xəbərlər
ABŞ bu ölkələrin şirkətlərinə sanksiya tətbiq etdi
Tarix: 16-12-2021 23:35 | Bölmə: Karusel

                  ABŞ bu ölkələrin şirkətlərinə sanksiya tətbiq etdi



ABŞ Çin, Gürcüstan, Malayziya və Türkiyə şirkətlərinə qarşı ticarət məhdudiyyətləri tətbiq edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Bildirilir ki, sanksiyalar “ABŞ-ın xarici siyasətinin maraqlarına zidd” hərəkətlərə görə tətbiq edilir.
Cümə günü federal reyestrdə dərc olunacaq Ticarət Departamentinin sənədinə əsasən, 37 təşkilat ABŞ hökuməti tərəfindən Birləşmiş Ştatların xarici siyasət və ya milli təhlükəsizlik maraqlarına zidd fəaliyyət göstərən kimi müəyyən edilib.
 










Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər