Bütün xəbərlər
Gürcüstanın səhiyyə naziri istefa verdi
Tarix: 09-12-2021 21:45 | Bölmə: Karusel

                 Gürcüstanın səhiyyə naziri istefa verdi


Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze istefa verib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, bu barədə “Gürcü Arzusu” partiyasının brifinqində bildirib.
Eyni zamanda, Tikaradze “Gürcü Arzusu” partiyasında qaldığını bəyan edib.
“Biz qərara gəldik ki, mən Gürcüstanın səhiyyə və sosial müdafiə sistemini məhz burada, “Gürcü arzusu” partiyasında gücləndirəcəyəm”, - Tikaradze deyib.
Qeyd edək ki, Y.Tikaradze 2019-cu il iyunun 18-də Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, səhiyyə və sosial müdafiə naziri təyin edilib.



Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər