Bütün xəbərlər
Azərbaycan və İran razılığa gəldi
Tarix: 08-12-2021 00:36 | Bölmə: Karusel

                   Azərbaycan və İran razılığa gəldi


İran və Azərbaycan rəsmiləri Astaraçay sərhəd çayı üzərində avtomobil körpüsünün tikintisinə dair razılığa gəliblər.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi deyib.
Bildirilib ki, 15 aya tikiləcək körpünün uzunluğu 97 metr, eni 32 metr olacaq.
Tikintinin İran və Azərbaycan hökumətlərinin birgə sərmayəsi ilə başa gələcəyi açıqlanıb.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər