Bütün xəbərlər
Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq
Tarix: 03-12-2021 00:06 | Bölmə: Karusel

                   Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq


"Azərbaycanda ortaq universitet yaradılmasını planlaşdırırıq. Bu universitet Türkiyənin ən nüfuzlu universitetləri ilə əlaqədə olaraq inkişaf edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi İqtisadiyyat Forumunda (UEF Baku 2021) iştirak edən Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.
Erol Özvar Azərbaycanla ortaq universitetin yaradılması üzərində işə başladıqlarını bildirib.
"İki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq. Belə bir model, bəlkə də, dünyada var. Bu ali təhsil müəssisəsi yeni modellə həyata keçiriləcək”, - Özvar əlavə edib.
Ali Təhsil Şurasının sədri qeyd edib ki, universitetin yaradılması planı iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər