Bütün xəbərlər
Bugünkü aksiyada saxlanılanlar var
Tarix: 01-12-2021 17:41 | Bölmə: Karusel

                    Bugünkü aksiyada saxlanılanlar var


Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında toplaşaraq aksiya keçirib. 
Məsələyə Daxili İşlər Nazirliyi münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən açıqlamada deyilir:
"Bir qrup şəxs ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.
Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır". 


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər