Bütün xəbərlər
“İranla əlaqələrə çox böyük önəm veririk” - İlham Əliyev
Tarix: 28-11-2021 23:23 | Bölmə: Karusel

                     “İranla əlaqələrə çox böyük önəm veririk”


“İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşü zamanı deyib.
“Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”, - deyə İ.Əliyev qeyd edib. 


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər