Bütün xəbərlər
Baş nazirdən bu tibb işçilərinin əməkhaqlarına əlavələrlə bağlı - Qərar
Tarix: 26-11-2021 18:17 | Bölmə: Karusel

                     Baş nazirdən bu tibb işçilərinin əməkhaqlarına əlavələrlə bağlı



Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək.
Qeyd edək ki, əvvəlki qərarla bu müddət 2021-ci il noyabrın 1-dək olan dövrü əhatə edirdi.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər