Bütün xəbərlər
Kəlbəcər istiqamətində atışma davam edir - MN-dən yeni açıqlama
Tarix: 13-11-2021 21:18 | Bölmə: Karusel

                    Kəlbəcər istiqamətində atışma davam edir



Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər