Bütün xəbərlər
Dağıstanda atışma oldu, məscidin imamı öldürüldü
Tarix: 12-11-2021 19:05 | Bölmə: Karusel

                    Dağıstanda atışma oldu, məscidin imamı öldürüldü



Dağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində silahlı insident baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təqaüdçü şəxs torpaq mübahisəsi zəminində silahla 3 nəfərə atəş açıb. Nəticədə məscidin imamı hadisə yerində ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yaralılardan birinin bıçaq zərbəsi nəticəsində silahlı şəxsin özü də öldürülüb.

Faktla bağlı cinayət işi açılıb.


Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər