Bütün xəbərlər
Gömrükdən 22 ədəd “iPhone” keçirmək istədi - Foto
Tarix: 12-11-2021 18:35 | Bölmə: Karusel

                    Gömrükdən 22 ədəd “iPhone” keçirmək istədi


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.
"Qafqazinfo" xəbər verir ki, həmin məlumat əsasında Azərbaycan Respublikası vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.
Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər