Bütün xəbərlər
Bu ünvanlarda yerləşən restoranlarda nöqsanlar aşkarlandı
Tarix: 12-11-2021 00:12 | Bölmə: Karusel

                     Bu ünvanlarda yerləşən restoranlarda nöqsanlar aşkarlandı


Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranı.



Baxış sayı: 707


Bölməyə aid digər xəbərlər