Bütün xəbərlər
Xəyyam Abdinova qarşı irəli sürülən ittiham məlum oldu
Tarix: 05-11-2021 02:42 | Bölmə: Karusel
                 


Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub.
APA xəbər verir ki, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər