Bütün xəbərlər
Tbilisidə qızıl qaçaqmalçılığına görə ermənilər saxlanıldı
Tarix: 02-11-2021 08:57 | Bölmə: Karusel

                    Tbilisidə qızıl qaçaqmalçılığına görə ermənilər saxlanıldı


Tbilisi hava limanının nəzarət-buraxılış məntəqəsində Ermənistanın 2 vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, saxlanılanlardan qaçaqmalçılıq yolu ilə gətirilən 37 min lari (təxminən 12 min dollar) dəyərində 322,5 qram qızıl-zinət əşyası müsadirə edilib.
Ermənilərdən birinə 14 304 lari (təxminən 4400 dollar) dəyərində cərimə təyin olunub. Digərinin işi isə İstintaq xidmətinə göndərilib. 



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər