Bütün xəbərlər
“Füzuli aeroprtu bizim birgə uğurumuzdur” - İlham Əliyev
Tarix: 26-10-2021 20:59 | Bölmə: Karusel

                    “Füzuli aeroprtu bizim birgə uğurumuzdur”


“Bu gün Füzuli Beynəlxalq Hava limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.
“Bu, onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi.
Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər