Bütün xəbərlər
Vilayət Eyvazov yeni rəislər TƏYİN ETDİ - FOTOLAR
Tarix: 19-10-2021 08:22 | Bölmə: Karusel
                     

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib. Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər