Bütün xəbərlər
Rusiyadan gətirilən 67 ton kartof məhv edildi
Tarix: 15-10-2021 19:35 | Bölmə: Karusel

          Rusiyadan gətirilən 67 ton kartof məhv edildi


“ZE-DENT” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna baxış keçirilib.
AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.
Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.






Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər