Bütün xəbərlər
Ağacları kəsən şəxs cəzalandırıldı
Tarix: 13-10-2021 18:19 | Bölmə: Karusel

                   Ağacları kəsən şəxs cəzalandırıldı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə altı ağacın kəsildiyi müəyyən edilib.
“Qafqazinfo”nun xəbərinə görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib”.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər