Bütün xəbərlər
Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi
Tarix: 07-10-2021 22:35 | Bölmə: Karusel

                     Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi



Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.
Bu barədə “Qafqazinfo”ya atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:
“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.
Qeyd edək ki, dünən K. Böyükçöl sərxoş vəziyyətdə sosial şəbəkədə açdığı canlı yayımda qeyri-etik ifadələr işlədib, bu da izləyicilər tərəfindən sərt tənqid olunub.
Xatırladaq ki, K. Böyükçöl ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər