Bütün xəbərlər
Məhkəmə sədrinin kürəkəni həbsdə koronavirusa yoluxdu
Tarix: 05-10-2021 19:24 | Bölmə: Karusel

                    Məhkəmə sədrinin kürəkəni həbsdə koronavirusa yoluxdu

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan gömrük əməkdaşlarının məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən səkkiz gömrük əməkdaşından ikisi gətirilməyib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxublar. Bu səbəbdən onların məhkəmədə iştirakı mümkün olmayıb.
Vəkilləri sözügedən şəxslərin müalicə məqsədilə ev dustaqlığına buraxılmasına dair vəsatət versə də, hakimlər vəsatəti təmin etməyib.
Məhkəmə işi hər iki təqsirləndirilən sağalana qədər təxirə salınıb.
Qeyd edək ki, gömrük inspektoru Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər