Bütün xəbərlər
Bu gün “Qarabağ”ın avrokubok matçı var
Tarix: 30-09-2021 08:41 | Bölmə: Karusel

                     Bu gün “Qarabağ”ın avrokubok matçı var


Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçında çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Kiprdə yerli “Omoniya”nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, bundan əvvəl “Omoniya” “Kayrat”la qolsuz bərabərə qalıb. Qurban Qurbanovun komandası isə ilk matçda “Bazel”lə qolsuz heç-heçə edib.
UEFA Konfrans Liqası
H qrupu
23:00. “Omoniya” (Kipr) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər