Bütün xəbərlər
Bu gündən Azərbaycanda məktəblər açılır
Tarix: 22-09-2021 01:20 | Bölmə: Karusel

                    Bu gündən Azərbaycanda məktəblər açılır


Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.
"Qafqazinfo" xəbər verir ki, yeni tədris ilinin başlaması ilə ölkədə bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunur.
V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Qeyd edək ki, yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər