Bütün xəbərlər
Bu tətil günlərində dərs keçiriləcək - Qərar
Tarix: 11-09-2021 13:27 | Bölmə: Karusel

                  Bu tətil günlərində dərs keçiriləcək


Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.
Belə ki, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilir.












Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər