Bütün xəbərlər
Yaqub Zurufçunun vəziyyəti necədir?
Tarix: 10-09-2021 14:46 | Bölmə: Karusel

                     Yaqub Zurufçunun vəziyyəti necədir?


Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Qafqazinfo”ya sənətçinin müalicə aldığı “Yeni Klinika”dan məlumat verilib.
Reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, ifaçı hələ də qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir: “Vəziyyətinə uyğun olaraq intensiv terapiya aparılır. Səhhəti ağır stabil olaraq qalır”.
Qeyd edək ki, Y. Zurufçu dünən reanimasiya şöbəsinə yerləşdirilib. Onun ağciyərlərində COVID-lə bağlı ikitərəfli pnevmoniya yaranıb. Ciyərlərində 80 % buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər