Bütün xəbərlər
Ağdama getmək istəyənlərin nəzərinə!
Tarix: 06-09-2021 11:20 | Bölmə: Karusel

Ağdama getmək istəyənlərin nəzərinə!


Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. 
O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.
Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər