Bütün xəbərlər
Bakı metrosunda qatarda nasazlıq yarandı, intervalda gecikmə oldu
Tarix: 05-10-2018 14:33 | Bölmə: Karusel

Bakı metrosunda qatarda problem yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metronun "Qara Qarayev" stansiyasında qatarların birində nasazlıq yaranıb:
“7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur".



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər