Bütün xəbərlər
Arif Qazıyev vəfat etdi
Tarix: 04-09-2021 01:35 | Bölmə: Karusel

                      Arif Qazıyev vəfat etdi


Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 1937-ci il təvəllüdlü rəssam bu gün Bakıda dünyasını dəyişib.
Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə İrəvanda anadan olub. Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin!


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər