Bütün xəbərlər
Sabirabadda dini mərasimdə iştirak edən 2 nəfər həbs edildi
Tarix: 03-09-2021 13:54 | Bölmə: Karusel

                    Sabirabadda dini mərasimdə iştirak edən 2 nəfər həbs edildi



Sabirabad rayonunda dini mərasim keçirmək istəyən şəxslər cərimələnib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.
Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər