Bütün xəbərlər
Göyçayda direktor müavini faciəli şəkildə öldü
Tarix: 29-08-2021 19:56 | Bölmə: Karusel

                  Göyçayda direktor müavini faciəli şəkildə öldü


Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində vəfat edib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su motoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, motorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub.
X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər