Bütün xəbərlər
“Taliban” əfqan müğənnini qətlə yetirdi
Tarix: 29-08-2021 19:23 | Bölmə: Karusel

                   “Taliban” əfqan müğənnini qətlə yetirdi


Əfqanıstanda xalq mahnılarının ifaçısı Fevad Andarabi radikal “Taliban” hərəkatının silahlıları tərəfindən qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times Now” telekanalı onun qohumlarına istinadən bildirib.
Telekanalın məlumatına görə, musiqiçi Baqlandakı evindən çıxarılıb və güllələnib. Müğənninin oğlu məlumatı təsdiqləyib.
Qeyd olunur ki, Andarabi mahnılarında “Taliban” hərəkatının düşmənlərini dəstəkləyirdi.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər