Bütün xəbərlər
Məmmədyarovdan 1 qələbə, 4 heç-heçə
Tarix: 29-08-2021 19:20 | Bölmə: Karusel

                   Məmmədyarovdan 1 qələbə, 4 heç-heçə


Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçə edib. Ikinci turda amerikalı Leyner Dominqesə qalib gələn şahmatçımızın polşalı Yan Kşiştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə sonrakı 3 qarşılaşması da heç-heçə ilə nəticələnib.
Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər