Bütün xəbərlər
Azərbaycan 8-ci qızıl medalı da dünya rekordu ilə qazandı
Tarix: 29-08-2021 19:11 | Bölmə: Karusel

                  Azərbaycan 8-ci qızıl medalı da dünya rekordu ilə qazandı



Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Bu barədə "Qafqazinfo" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub.
O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.
Azərbaycanın hazırda 8 qızıl və 2 bürünc medalı var. Ölkəmiz 6-cı pillədə qərarlaşıb. 









Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər