Bütün xəbərlər
Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edib - Rəsmi
Tarix: 26-08-2021 14:13 | Bölmə: Karusel


                   Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edibSiyasət


Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölkəmizin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisinə keçməsi haqda məlumat yayıb. 
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Qeyd edilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Qeyd edək ki, ötən gün yayılan məlumatda adıçəkilən əsgərin ermənilər tərəfindən tutulması haqda məlumat yayılmışdı. 
 



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər