22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
35 minə yaxın təhsil işçisi əks-göstəriş arayışı alıb
Tarix: 24-08-2021 13:50 | Bölmə: Karusel

                     35 minə yaxın təhsil işçisi əks-göstəriş arayışı alıb


“Vaksinasiya prosesi başlanandan bəri 35 min nəfərə yaxın təhsil işçisi əks-göstərişlə bağlı arayış təqdim edib. Allergik rinit, diabet xəstəliyi olanlar da poliklinikalardan belə arayış alıblar. Avqustun 9-dan isə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən vahid “Əks-göstəriş sertifikatı” hazırlanıb. Artıq həmin əməkdaşlarımız qeyd olunan sertifikatı almalıdır”. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Rüstəm Ağayev bildirib. 
O qeyd edib ki, əgər həqiqi əks-göstəriş yoxdursa, hər kəs peyvənd olunmalıdır:
“Düşünürəm ki, artıq həmin arayışı olanların əksəriyyəti bu sertifikatı ala bilməyəcəklər. Onlar subyektiv olaraq hansısa xəstəliklərinin əks-göstəriş olduğunu fikirləşirlər. Lakin onlara obyektiv formada sertifikat veriləcək. Əgər həqiqi əks-göstəriş yoxdursa, müəllimlər sentyabrın 15-dək heç olmasa 1 doza vaksin vurdursunlar”. 



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər