22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
UEFA Konfrans Liqası: "Neftçi" klubu hesabda önə keçib
Tarix: 20-08-2021 01:31 | Bölmə: Karusel



UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Makkabi Hayfa" (İsrail) komandası ilə qarşılaşan Bakının "Neftçi" klubu hesabda önə keçib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçın 66-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Yusuf Laval dubl edib - 2:1.
Matçda hesabı 9-cu dəqiqədə "Makkabi"nin futbolçusu Omer Atsili açıb.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi "Dinamo"dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.




Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər