22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Jurnalist adı ilə dələduzluq etdi
Tarix: 19-08-2021 00:37 | Bölmə: Karusel

                     Jurnalist adı ilə dələduzluq etdi


Şəkidə vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı özünü bloqer, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.
Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər