22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Əlilliyin müəyyənləşdirilməsi meyarı təsdiqlənib
Tarix: 17-08-2021 17:34 | Bölmə: Karusel

                     Əlilliyin müəyyənləşdirilməsi meyarı təsdiqlənib



Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“Qafqazinfo”nun məlumatına görə, qanuna dəyişikliklərə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.
Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə müəyyən ediləcək.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər