22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
BDU-nun dosenti vəfat etdi
Tarix: 13-08-2021 13:40 | Bölmə: Karusel

                      BDU-nun dosenti vəfat etdi


Bakı Dövlət Universitetinin dosenti Tofiq Hüseynov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib. 
Qeyd edək ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 
1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olub.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər