22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Naxçıvan mövqelərimiz yenə atəşə tutuldu
Tarix: 13-08-2021 13:24 | Bölmə: Karusel

                    Naxçıvan mövqelərimiz yenə atəşə tutuldu


Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər