22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə tutuldu
Tarix: 10-08-2021 22:03 | Bölmə: Karusel

                    Mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə tutuldu


Bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər