22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Zirvə" restoranının sahibi CƏRİMƏLƏNDİ
Tarix: 10-08-2021 16:02 | Bölmə: Karusel

                      "Zirvə" restoranının sahibiCƏRİMƏLƏNDİ



Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.
Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

 



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər