22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tanınmış türkiyəli jurnalist evində ölü tapıldı
Tarix: 09-08-2021 13:21 | Bölmə: Karusel

                  Tanınmış türkiyəli jurnalist evində ölü tapıldı


Tanınmış türkiyəli jurnalist, Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Aydın Taş vəfat edib, onun meyiti yaşadığı evdə aşkarlanıb. 
“Qafqazinfo” xəbər verir ki, jurnalist İsmet Yüksel öz tvitter hesabında A. Taşın intihar etdiyini qeyd edib. Hazırda jurnalistin ölüm səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir. İyun ayında atası Heydər Taş vəfat edən A. Taşın özünü asdığı deyilir. 
Qeyd edək ki,  mərhum jurnalistin Azərbaycanda da mətbuat nümayəndələri ilə dostluq münasibətləri olub. Bir sıra tanınmış media nümayəndələri onunla birgə təlimlərdə iştirak etdiklərini və qəfil ölüm xəbərindən sarsıldıqlarını qeyd ediblər. 



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər