22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bakı məktəblərində işə qəbul üzrə müsahibənin vaxtı açıqlandı
Tarix: 09-08-2021 13:17 | Bölmə: Karusel

                     Bakı məktəblərində işə qəbul üzrə müsahibənin vaxtı açıqlandı


Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb. Belə ki, şifahi müsahibələrin 16-25 avqust 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 
Qeyd olunub ki, şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib. 
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.



Baxış sayı: 248


Bölməyə aid digər xəbərlər