22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Taliban” bir gündə 3 şəhəri ələ keçirdi
Tarix: 09-08-2021 13:10 | Bölmə: Karusel

                   “Taliban” bir gündə 3 şəhəri ələ keçirdi


“Taliban” radikal hərəkatının yaraqlıları bir gün ərzində Əfqanıstanın 3 əsas şəhərini ələ keçirib.
“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, bunlar Kunduz, Sar-e-Pul və Talukan şəhərləridir.
Məlumata əsasən, yaraqlılar ilk olaraq Tacikistan ilə sərhədə yaxın ərazidə yerləşən və vacib strateji məntəqə olan Kunduz şəhərini ələ keçirib. Kunduz ələ keçirildikdən dərhal sonra döyüşçülər Sar-e-Pul və Talukan şəhərləri üzərində nəzarəti ələ keçirib. 
Bəzi məlumatlara əsasən, “Taliban” yaraqlıları dinc sakinləri qətlə yetirir. 
Qeyd edək ki, Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Belə ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.
KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin bir neçə bölgəsinə nəzarəti ələ keçirib.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər