22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İcra başçısından yeni təyinatlar
Tarix: 07-08-2021 16:03 | Bölmə: Karusel

                     İcra başçısından yeni təyinatlar


Biləsuvar Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları həyata keçirilib.  
"Qafqazinfo" xəbər verir ki, icra başçısı Faiq Qürbətov Azər Cəfərlini birinci müavin təyin edib. 
Bu günədək başçının birinci müavini olan Xanlar Məmmədov İcra Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub. 
Qeyd edək ki, başçının özünə yeni müavin təyin etdiyi A. Cəfərli bu təyinatadək Mübariz İbrahimov adına Biləsuvar liseyində direktor müavini vəzifəsində çalışıb.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər