22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı - Yeni təyinat
Tarix: 04-08-2021 22:46 | Bölmə: Karusel

                    Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı- Yeni təyinat


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib. 
Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.



Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər