22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı
Tarix: 04-08-2021 20:23 | Bölmə: Karusel

                  Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı


Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılıb.
 



Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər