23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Tarix: 02-08-2021 10:20 | Bölmə: Karusel

                 Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Avqustun 2-i saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər