Bütün xəbərlər
Mövqelərimiz yenə atəşə tutuldu
Tarix: 27-07-2021 19:05 | Bölmə: Karusel

                    Mövqelərimiz yenə atəşə tutuldu


Bu gün saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 
Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər