Elin Süleymanov İngiltərəyə səfir təyin olundu - Yenilənib
Tarix: 26-07-2021 17:51 | Bölmə: Karusel

                  Elin Süleymanov İngiltərəyə səfir təyin olundu


Prezident İlham Əliyev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfirinin və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Elin Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.
***
Dövlət başçısının digər sərəncamı ilə Elin Süleymanov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
18-09-2021, 21:11 Yoluxanların sayı artdı